Yığmamız EEVZA çempionatında növbəti dəfə məğlub olub
- 26 Noy 2019 14:10
- 911
Azərbaycanın 16 yaşlı qızlardan ibarət yığması Gürcüstanda təşkil olunan Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında növbəti oyununu keçirib. “Rekord.az” xəbər verir ki, A qrupunda yer alan komandamız Gürcüstan kollektivi ilə üz-üzə gəlib.
Görüş meydan sahibinin üstünlüyü ilə keçib. 4 hissə davam edən matçda millimiz 1:3 hesabı ilə uduzub.
EEVZA çempionatı
I tur
Azərbaycan - Gürcüstan 1:3 (29:27, 14:25, 20:25, 15:25)