Olimpiya təsnifat turnirinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi bir neçə yoldaşlıq oyunu keçirəcək. "Rekord.az" xəbər verir ki, Vasif Talıbovun yetirmələri Türkiyə klubları və Polşa yığmaı ilə üz-üzə gələcəklər. 

Hazırda Türkiyədə təlim-məşq toplanışında olan komandamız qonşu ölkınin "Fənərbaxça" və "Türk Hava Yolları" klubları ilə yoxlama matçında qüvvəsini sınayacaq.

Sonda təlim-məşq toplanışı çərçivəsində Polşaya yollanacaq millimiz bu ölkənin yığma komandası ilə qarşılşacaq.

Bundan sonra voleybolçularımız təsnifat turnirində iştirak üçün Niderlanda yollanacaq.