Yığmamız FİFA reytinqndə yerində saydı
- 21 Sen 2023 17:30
- 270
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Rekord.az xəbər verir ki, iyul ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb.
Millimiz 1147 xalla 121-ci pillədə qərarlaşıb.
Bir pillə geriləyən Türkiyə yığması 42-ci yerdədir. “Ay-ulduzlular”ın hesabında 1475 xal var.
Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1851 xalla liderliyini davam etdirib. Qətərdə təşkil olunan mundialın finalçısı Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb.
Millimizin AÇ-2024-ün seçmə mərhələsinin F qrupundakı rəqiblərinin reytinqdəki mövqeləri isə belədir:
5. Belçika – 1792
23. İsveç – 1538
25. Avstriya – 1537
115. Estoniya – 1172