Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, yerli "Akademiya" komandası ilə üz-üzə gələn Tahir Baxşıyevin yetirmələri parketdən 74:50 hesablı qələbə ilə ayrılıblar.

Xatırladaq ki, təlim-məşq toplanışı martın 17-nə qədər davam edəcək.