19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının iyunun 9-dan 11-dək Bakıda, 12-dən 21-dək isə Qəbələ şəhərində təlim-məşq toplanışı olacaq.

Rekord.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

U-19 iyunun 16-da gürcüstanlı, 20-də isə belaruslu yaşıdları ilə qarşılaşacaq.

Təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

1. Xəyal Fərzullayev - MOİK
2. Sadiq Məmmədzadə - Səbail
3. Rəvan Mirzəmmədov - Sabah
4. Ayxan Qocayev - Sumqayıt
5. Raul Hacıyev - Rustavi (Gürcüstan)
6. Zaman Zamanlı - Səbail
7. Samir Ağayev - Qəbələ
8. Aslan Şirinov - Neftçi
9. Eşqin Əhmədov - Qəbələ
10. Tuncay Cəfərli - Sabah
11. Musa Məmmədov - Qarabağ
12. Ravil Qafarov - Qəbələ
13. Rüfət Abbasov - Neftçi
14. Şahin Şahniyarov - Qəbələ
15. Edqar Adilxanov - Şamaxı
16. Murad Ələkbərov - Zirə
17. Fəxri Məmmədli - Sabah
18. İlkin Budaqov - Qəbələ
19. Nihad Əhmədzadə - Sumqayıt
20. Murad Məmmədov - Neftçi
21. Nahid Əliyev - “Dinamo” (Sankt-Peterburq, Rusiya)
22. Elton Mikayılov - Qarabağ
23. Sənan Ağalarov - Qəbələ
24. Sadiq Şəfiyev - Turan Tovuz