Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi İslamiadada çıxışını medalsız başa vurdu. "Rekord.az" xəbər verir ki, komandamız bu gün bürünc medal uğrunda ev sahibi Türkiyə ilə üz-üzə gəlib.

Oyun gərginliyi ilə yadda qalıb. 4 hissə davam edən qarşılaşmada voleybolçularımız yalnız bir set qazana biliblər. 1:3 hesabı ilə uduzan millimiz yarışı dördüncü pillədə başa vurub.

İslamiada
Bürünc medal uğrunda

   Türkiyə - Azərbaycan 3:1 (25:23, 22:25, 28:26, 25:14)