Yığmamız Mərkəzi Asiyanın Açıq Çempionatında 4-cü oldu
- 21 May 2024 15:00
- 193
Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında dördüncü yeri tutub.
Rekord.az xəbər verir ki, yığma üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstanın "Astana" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 31:28.
Milli yarımfinalda "Özbəkistan TJ" komandasına uduzub.