Yığmamız Moldovaya qarşı
- 23 Okt 2019 16:20
- 974
2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Moldova ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 20:00-da start götürəcək və “İdman TV” telekanalı ilə canlı yayımlanacaq.
DÇ-2020-nin əsas mərhələsi
23 oktyabr
20:00 Azərbaycan – Moldova
Hakimlər: Andrey Çerni (Çexiya), İngus Purinş (Latviya), İngo Heemsot (Almaniya)
Hakim-inspektor: Qalan Nyeto Pedro Anxel (İspaniya)
UEFA nümayəndəsi: Assem Kujanova (Qazaxıstan).