
Yığmamız Monteneqroya qarşı
- 21 Fev 2025 12:40
- 72
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu bu gün keçirəcək.
Rekord.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda mübarizə aparan milli komanda Bakıda Monteneqronu qəbul edəcək.
Qarşılaşma “Liv Bona Dea Arena”da, saat 15:00-da start götürəcək. Görüşün baş hakimi qazaxıstanlı Tatyana Sorokopudova olacaq.
Qeyd edək ki, C Liqasının 4-cü qrupunda Litva kollektivi də mübarizə aparır.