Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya reytinqində mövqeyini qoruyub. "Rekord.az" xəbər verir ki, bu, Beynəlxalq Voleybol Federasiyasının (FİVB) yeni siyahını açıqlamasından sonra bəlli olub. 

Dünya reytinqinin yeni siyahısına əsasən millimiz 26-cı yerdəki mövqeyini qoruyub. Komandamızın hesabında 127 xal var.

Siyahıya Çin yığması başçılıq edir. Asiya komandasının aktivində 391 xal var. ABŞ 382 xalla ikinci, Braziliya isə 328 xalla üçüncü pillədə qərarlaşıblar.

FIVB həmçinin kişi yığmaların da reytinqini açıqlayıb. Azərbaycan millisi bu siyahıda da mövqeyini qoruyub. Komandamız 58 yerdədir. Yığmamızın hesabında 101 xal var.

Kişilərin reytinq cədvəlinə isə 427 xalla Braziliya başçılıq edir. İkinci yerin sahibi Polşanın 384, üçüncü yerdə qərarlaşan ABŞ-ın isə 365 xalı var.