Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifatında çıxışını başa vurub.  "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan yığmamız seçmə mərhələdəki son matçında Danimarka kollektivi ilə qarşılaşıb. 
 
Matç rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn Danimarka millisi sonrakı hissələri də aktivinə yazıb - 25:19, 25:15. Nəticədə rəqib 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.
 
Yığmamızın yer aldığı A qrupunun birincisi 10 xalla Türkiyə yığması olub. Danimarka 8 xalla ikinci, oyunları xalsız başa vuran Azərbaycan millisi isə turnir cədvəlində sonuncu olub.
 
Qeyd edək ki, ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq. 

AVRO-2023-ün təsnifat mərhələsi
A qrupu 

20 avqust 
   Danimarka - Azərbaycan 3:0 (25:19, 25:19, 25:15)