Yığmamız Rusiyada təlim-məşq toplanışı keçəcək
- 30 Dek 2019 19:35
- 991
Yunan-Roma güləşi üzrə yığmamız yeni ilin ilk günlərindən növbəti təlim-məşq toplanışına start verəcək.
Rekord.az xəbər verir ki, millimizin yanvarın 2-dən 16-dək Rusiyanın Saransk şəhərində hazırlıq prosesi keçəcək.
Həm fiziki, həm də taktiki çalışmaların həyata keçiriləcəyi toplanışda baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi 72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi 130 kq) iştirak edəcək.
Digər yığma üzvləri isə böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Bakıda - Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirəcək.
Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək qran-pri turniri olacaq. Heyət yarış ərəfəsində ictimaiyyətə açıqlanacaq.