Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığmamız Estoniya kollektivi ilə üz-üzə gəlib.

"Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilən qarşılaşma rəqibin 7:4 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunun digər matçında İtaliya yığması Moldovanı məğlub edib - 3:1.

Xatırladaq ki, Azərbaycan millisi ilk görüşdə Moldovaya 2:3 hesabı ilə uduzub.