Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışını davam etdirən basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib. Rekord.az xəbər verir ki, milli komandamız yerli “Mamakspor” ilə üz-üzə gəlib. Yığmamız bu görüşdə 69:86 hesabı ilə məğlub olub.

Millimizin heyyətində Amil Həmzəyev 23 xalla komandasının ən məhsuldar basketbolçusu seçilib.

Xatırladaq ki, yığmamız bundan əvvəlki sınaq matçlarında Türkiyənin köklü komandalarından sayılan “Türk Telekom”un U-20 basketbolçularına 64:62, “TED Ankara Kollejiler” komandasına isə 92:77 hesabıyla qalib gəlib, Super Liqa təmsilçisi “Afyon HDİ” kollektivinə 77:79 hesabı ilə məğlub olub.