Yığmamız Ukraynaya məğlub oldu
- 22 Noy 2023 00:18
- 264
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.
İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda reallaşan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Hazırda Ukrayna 15 xalla liderdir. U-21 millimiz isə 3 xalla beşinci pillədə qərarlaşıb.