Kişi voleybolçulardan ibarət Azərbaycan millisi İslamiada öncəsi Bakıda hazırlıq oyunu keçirib. "Rekord.az" xəbər verir ki, komandamızın rəqibi paytaxtımızda təlim-məşq toplanışı keçən Belarus yığması olub. 

Voleybol Mərkəzində baş tutan oyun qonaqların qələbəsi ilə yekunlaşıb. Millimiz qarşılaşmadan 1:3 hesablı məğlubiyyətlə ayrılıb.

Qeyd edək ki, yığmamız sabah da yoldaşlıq oyunu keçirəcək. Bu dəfəki rəqib Mərakeş millisi olacaq.

Yoldaşlıq oyunu 

18 iyul

   Azərbaycan - Belarus 1:3 (21:25, 27:25, 20:25, 14:25)