Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti dəfə meydana çıxıb. "Rekord.az" xəbər verir ki, A qrupunda mübarizə aparan komandamızın rəqibi Fransa olub.

Bundan əvvəlki bütün görüşlərdə məğlub olan qızlarımız yenə eyni aqibəti yaşayıblar. Yarışa əsasən gənclərdən təşkil olunmuş heyətlə yollanan yığmamız meydanı bu dəfə də quru hesablı məğlubiyyətlə tərk edib - 0:3.

Qızıl Avropa Liqası

V tur

   Fransa - Azərbaycan 3:0 (25:14, 25:19, 25:20)