Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın baksetbol üzrə U-16 millisi ilk yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, yığma komandamız hazırlıq oyununda yerli "Finalspor" kollektivinə 75:41 hesabı ilə qalib gəlib.

Təlim-məşq toplanışındakı əsas hədəf, 19-27 iyul Kosovonun Priştina şəhərində keçiriləcək Avropa çempionatının C Divizionunun oyunlarına hazırlaşmaqdır.