Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti bəlli olub.

Rekord.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, fərdi və sinxron proqram üzrə ölkəni batut yarışlarında qadınlarda Selcan Mahsudova, kişilərdə Hüseyn Əsədullayev, Nicat Mirzəyev və Mehdi Əliyev təmsil edəcəklər.

Tamblinq üzrə isə Mixail Malkin, Adil Hacızadə, Tofiq Əliyev, Hüseyn Abbasov və Bilal Qurbanov bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, turnir fevralın 23-25-də Milli Gimnastika Arenasında baş tutacaq. Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.