![photo](https://www.rekord.az/storage/uploads/5/51fe25df-0b3a-37cd-afc4-4b9bcb64cbec-850.jpg)
Yığmamızın Estoniyadakı açıq məşqinin vaxtı bəlli oldu
- 11 Okt 2023 12:21
- 522
AÇ-2024-ün seçmə mərhələsində səfərdə Estoniya ilə üz-üzə gələcək Azərbaycan millisinin oyundan əvvəl keçiriləcək mətbuat konfransının və açıq məşqinin vaxtı bəlli olub.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi oktyabrın 12-də, Bakı vaxtı ilə saat 19:00-da Tallindəki “Le Kok Arena”da media nümayəndələrinin suallarını cavablandıracaq. 19:30-da isə komandanın mətbuat üçün açıq məşqi gerçəkləşəcək.
Həmin gün, Bakı vaxtı ilə saat 17:15-də meydan sahiblərinin baş məşqçisi Tomas Heberlinin mətbuat konfransı baş tutacaq, 18:00-da isə açıq məşq olacaq.
Qeyd edək ki, oktyabrın 13-də reallaşacaq Estoniya - Azərbaycan matçı saat 20:00-da start götürəcək.