Yığmamızın hücumçusu Polşada yenə məğlub oldu
- 27 Yan 2023 10:26
- 431
Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Marqarita Stepanenko Polşa çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Radomka" 12-ci turda "UNI Opole" klubunun qonağı olub.
Görüş meydan sahiblərinin üstünlüyü ilə keçib. Voleybolçumuzun komandasının rəqib meydanın yalnız bir set qazanmağa gücü çatıb. 4 hissə davam etmiş matçda Rita və rəfiqələri 1:3 (21:25, 16:25, 25:22, 18:25) hesabı ilə uduzublar.
Komandasının yenə xalsız qaldığı görüşdə millimizin üzvü 14 dəfə fərqlənib. Stepanenko bu xallardan 13-nü hücumda, 1-ni isə blokda qazanıb.
Qeyd edək ki, 12 turdan sonra hesabında 7 xal olan "Radomka" turnir cədvəlində 11-ci pillədədir.