Rusiyada qadın voleybolçuların çempionatında növbəti turun oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan millisinin üzvü Kristina Besmanın komandası "Yenisey" 11-ci turda "Dinamo Krasnodar" klubu ilə görüşüb. 

Doğma meydanda keçirilən qarşılaşma voleybolçumuz komandası üçün uğursuz alınıb. 3 hissə davam edəm matçda Kristina və rəfiqələri quru hesabla uduzublar - 0:3 (21:25, 13:25, 18:25). 

Komandasının xalsız qaldığı bu oyunda yığmamızın üzvü iki dəfə fərqlənib. Təcrübəli oyunqurucumuz hər iki xalı blokda qazanıb.