![photo](https://www.rekord.az/storage/uploads/5/u-211.jpg)
Yığmamızın oyunlarının stadionu dəyişdirildi
- 04 Okt 2023 16:21
- 617
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunlarının stadionu dəyişdirilib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-21-in oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburqla ev matçı öncədən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da baş tutmayacaq.
Qərara əsasən, Samir Əliyevin kollektivi rəqiblərini “Azərsun Arena”da qəbul edəcək. Hər iki görüş saat 18:00-da başlayacaq.