AÇ-2026-nın əsas mərhələsinin V qrupunun təqvimi müəyyənləşib. 

Rekord.az xəbər verir ki, futzal üzrə Azərbaycan millisi mübarizəyə dekabrda doğma meydanda başlayacaq.

Komandamız son görüşünü də paytaxtda keçirəcək. Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək. Qalib gələn 4 milli final mərhələsində oynamaq hüququ qazanacaq. Final mərhələsi 2026-ci ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.

11 dekabr
İsveç – Yunanıstan

17 dekabr
AZƏRBAYCAN – İsveç

31 yanvar
Xorvatiya – AZƏRBAYCAN

4 fevral
İsveç – Xorvatiya
AZƏRBAYCAN - Yunanıstan

7 mart
Yunanıstan – Xorvatiya
 
11 mart
Xorvatiya – İsveç
Yunanıstan – AZƏRBAYCAN

11 aprel
İsveç – AZƏRBAYCAN
Xorvatiya – Yunanıstan

15 aprel
AZƏRBAYCAN – Xorvatiya
Yunanıstan - İsveç