Azərbaycan karate millisinin 2024-cü ilin ilk mötəbər yarışı üçün heyəti bəlli olub.

Rekord.az Dünya Karate Federasiyasının (WKF) rəsmi saytına istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqada 8 idmançımız mübarizə aparacaq.

Reytinq turnirində Əminağa Quliyev, Fərid Savadov (hər ikisi 60 kq), Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq) və üçqat dünya çempionu İrina Zaretska (68 kq) tatamı üzərinə çıxacaqlar.

Yanvarın 26-28-i aralığında keçiriləcək Premyer Liqada 58 ölkədən 381 karateçi iştirak edəcək.