Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Çempionatının təsnifat mərhələsindəki oyunlarının başlanma saatı dəqiqləşib. "Rekord.az" xəbər verir ki, D qrupunda yer alan komandamız ilk oyununu doğma meydanda, son görüşünü isə səfərdə keçirəcək.

Avqustun 20-dən start götürəcək qitə birinciliyinin seçmə mərhələsində yığmamızın ev oyunları “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Həmin görüşlər saat 18:00-da başlanacaq. 

Avropa Çempionatı, təsnifat

D qrupu

20 avqust, Bakı / Voleybol Mərkəzi
   18:00 Azərbaycan - Gürcüstan

24 avqust, Tbilisi
   17:00 Gürcüstan - Azərbaycan

28 avqust, Bakı / Voleybol Mərkəzi
   18:00 Azərbaycan - Avstriya

3 sentyabr, Bakı / Voleybol Mərkəzi
   18:00 Azərbaycan - Sloveniya

7 sentyabr / Maribor
   19:30 Sloveniya - Azərbaycan

10 sentyabr / Şvexat
   20:30 Avstriya - Azərbaycan