İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək kişi voleybolçularımızın rəqibləri bəlli olub. "Rekord.az" xəbər verir ki, millimiz A qrupunda mübarizə aparacaq.

Komandamız püşkün nəticəsinə əsasən Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq. B qrupunda isə ev sahibi Türkiyə, İran, Qətər və Pakistan kollektivləri yer alıblar. 

Azərbaycan yığması FIVB-nin tərtib etdiyi dünya reytinqində 50-ci pillədə qərarlaşıb. Qrup rəqiblərimizdən Kamerun 26-cı, Mərakeş 40-cı, Sudan isə 88-ci sıradadırlar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək. Voleybol yarışları isə 8-15 avqustda baş tutucaq.

V İslam Həmrəyliyi Oyunları

Konya, Türkiyə

Kişilər                              

A qrupu


   Azərbaycan

   Sudan

   Mərakeş

   Kamerun

B qrupu

   Türkiyə

   İran

   Qətər

   Pakistan