Yığmamızın rəqibində 2 futbolçu heyətdən çıxarıldı
- 08 Okt 2020 17:15
- 588
Millətlər Liqasında Lüksemburq və Azərbaycanla qarşılaşacaq Kipr yığmasının heyətində dəyişiklik baş verib.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Yohan Valem Çexiya ilə yoxlama oyunundan (1:2) sonra iki futbolçunu - Haris Kiriaku və Yannis Kostisi heyətən kənarlaşdırıb.
Hər iki futbolçu Lüksemburq və Azərbaycanla oyunlarda iştirak etməyəcək.
Kipr yığması oktyabrın 10-da Lüksemburq, 13-də isə Azərbaycanla qarşılaşacaq.