Azərbaycanın 19 yaşadək qızlardan ibarət millisinin 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsindəki rəqibləri bəlli olub.


Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.


Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində gerçəkləşib.


İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel ayları aralığında keçiriləcək.