Voleybolçu kişilərdən ibarət Azərbaycan millisinin İslamiada üçün heyəti açıqlanıb. "Rekord.az" xəbər verir ki, baş məşqçi Pərviz Səmədov bu yarışa da qitə birinciliyinin təsnifatındakı heyətlə yollanıb.

Komandamızın heyətində 14 voleybolçu yer alıb. Millimiz yarışda iştirak etmək üçün bu gün Türkiyənin Konya şəhərinə yola düşüb.

Qeyd edək ki, Azərbaycan A qrupunda yer alıb. Qrup rəqiblərimiz isə Kamerun, Mərakeş və Sudan kollektivləridir. 

 

Azərbaycan millisinin İslam Həmrəyliyi Oyunları üçün heyəti:

Millimizin baş məşqçisi: Pərviz Səmədov

Məşqçilər: Mixail Solovyov, Akif Vəliyev

Oyunçular: Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev, Kənan Allahverdiyev.