Yığmamızın üzvləri Türkiyədə məyus oldular
- 02 Fev 2022 10:10
- 508
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Türkiyə çempionatında növbəti oyujnlarına çıxıblar. "Rekord.az" xəbər verir ki, blokçumuz Olena Xarçenko və hücumçumuz Yelizaveta Rubanın şərəfini qoruduqları "Bolu BLD" 17-ci tur çərçivəsində "Nilufer BLD" klubunun qonağı olub.
Görüş gərginiyi ilə yadda qalıb. 33 xaladək davam edən ilk seti voleybolçularımızın komandası qalib başa vurub. Lakin bu, "Bolu"nun qazandığı yeganə set olub. "Nilufer BLD" ardıcıl 3 hissəni altivinə yazdıra bilib. 4 set davam etmiş matçda millimizin üzvlərinin komandası 1:3 (33:31, 22:25, 20:25, 22:25) hesabı ilə uduzub.
"Bolu BLD"nin xalsız qaldığı bu görüşdə hücumçumuz Liza Ruban 14 xal qazanıb. O, meydan sahiblərini 8 dəfə hücumda, 5 dəfə blokda, 1 dəfə isə eysdə məyus edib. Blokçumuz Olena Xarçenko isə 7 dəfə fərqlənib. O, bu xallardan 6-nı blokda, 1-ni isə hücumda qazanıb.