Yığmamızın üzvü bu dəfə məyus oldu
- 05 Okt 2020 11:48
- 838
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Sarıyer BLD" 7-ci tur çərçivəsində "İlbank" klubu ilə qarşılaşıb.
Səfərdə baş tutan görüş Ayşən və rəfiqələri üçün uğursuz alınıb. İlk seti uduzan voleybolçumuzun komandası hesabı bərabərləşdirsə də, bundan artığına gücü çatmayıb. 4 hissə davam edən matçda "Sarıyer BLD" 1:3 (25:19, 22:25, 25:15, 25:17) hesabı ilə məğlub olub.
Komandasının xalsız qaldığı oyunda yığmamızın üzvü 8 dəfə fərqlənib.