Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Olena Xarçenko Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" 16-cı turda "Aydın BLD" klubu ilə qarşılaşıb.

Rəqib meydanında baş tutan görüş gərginliyi ilə yadda qalıb. Voleybolçumzun komandası ilk setdə qalib gəlsə də rəqib sonradan hesabı bərabərləşdirib. Bundan sonra hərəyə daha bir set qazanan tərəflər matçın taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə isə meydan sahibi daha dəqiq oynayıb. 5 hissə davam edən görüşdə Olena və rəfiqələri 2:3 hesabı ilə məğlub olublar -  2:3 (25:21, 19:25, 29:27, 15:25, 5:15).

Adana təmsilçisinin qələbəni son anda əldən verdiyi qarşılaşmada millimizin blokçusu əvəzetmə ilə oynayıb. Xarçenko meydanda olduğu qısa müddətdə bir dəfə fərqlənib. O, bu xalı blokda qazanıb.

Qeyd edək ki, "Çukurova BLD. Adana Demirspor" 16 turdan sonra 9-cu yerdə qərarlaşıb. Komandanın hesabında 21 xal var.