Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Yuliya Kərimova bu mövsümdə də ölkə xaricində çıxış edəcək. "Rekord.az" xəbər verir ki, təcrübəli liberomuz karyerasını İsraildə davam etditəcək.

32 yaşlı voleybolçumuz İsrailin "Makkabi” klubu ilə razılığa gəlib. Kərimova ən azı bir il Hayfa təmsilçinin şərəfini qoruyacaq.

Qeyd edək ki, liberomuz son mövsümü Qazaxıstanın "Almatı" klubunda keçirib.