Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının daha bir üzvü ölkə xaricində çıxış edəcək. "Rekord.az" xəbər verir ki, oyunqurucumuz Yana Doroşenko karyerasını İsraildə davam etdirəcək.

Təcrübəli toppaylayıcımız bu ölkənin "Makkabi" klubu ilə razılığa gəlib. Voleybolçumuz ən azı bir il Təl-Əviv təmsilçisinin formasını geyinəcək.