Qadınlardan ibarət Azərbaycan millisinin futbolçusu Diana Məmmədova yığmanın toplanışında iştirak edə bilməyəcək.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Rusiyanın “Yenisey” klubunda çıxış edən oyunçu sonradan komandaya qoşulmalı idi. Lakin klubun düşərgəsində koronavirus testi verən oyunçuda virus aşkarlanmasa da, bəzi komanda yoldaşlarının testi pozitiv nəticələnib.

Rusiya Federasiyanın səhiyyə qanunlarına uyğun olaraq karantinə alınan komanda üzvlərinin ölkədən çıxışına qadağa qoyulması səbəbindən Diana Məmmədova millinin düşərgəsinə qoşulmayıb.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında növbəti seçmə oyunlarını oktyabrın 23-də Polşa, oktyabrın 27-də Çexiyaya qarşı keçirəcək. Hər iki görüş səfərdə olacaq.