Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 4-cü turda "UTE" klubu ilə qarşılaşıb.

Doğma meydanda baş tutan görüş "Vasas" üçün uğurlu alınıb. 3 hissə davam edən matçda Ayşən və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:23, 25:20, 25:22).

Komandasının 3 xal qazandığı oyunda millimizin üzvü 9 dəfə fərqlənib. Abduləzimova xalların hamısını hücumda qazanıb.