Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Ayşən Abduləzimova Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Sarıyer BLD" 24-cü tur çərçivəsində "Kuzeyboru" klubu ilə üz-üzə gəlib.

Ayşən və rəfiqələri doğma meydanda baş tutan görüşə yaxşı başlayıblar və ilk iki seti aktivlərinə yazdırıblar. Növbəti hissədə uduzan "Sarıyer BLD" 4-cü setdə rəqibinə uğurlu nəticəni təkrarlamağa imkan vermeyib. 4 hissə davam edən matçda voleybolçumuzun komandası 3:1 (25:21, 25:22, 22:25, 25:23) hesabı ilə qələbə qazanıb.

Komandasının 3 xal qazandığı qarşılaşmada yığmamızın üzvü əvəzetmə ilə meydana çıxıb. Abduləzimova meydanda olduğu müddətdə qonaqları 2 dəfə məyus edib. O, bu xalların birini hücumda, digərini isə blokda qazanıb.