Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasınn üzvü Ayşən Abduləzimova Macarıstan kubokunda növbəti qələbəsini qazanıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun şərəfini qoruduğu "Vasas" 1/4 finalda "MTK" ilə qarşılaşıb.

Cütün ilk oyunu voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. Rəqib meydanında baş tutan görüşdə Ayşən və rəfiqələri 3:0 (25:21, 25:20, 25:17) hesabı ilə qələbə qazanıblar.

Komandasının çətinlik çəkmədən qələbə qazandığı matçda millimizin üzvü meydan sahiblərini 9 dəfə məyus edib. Abduləzimova bu xallardan 4-nü blokda, 3-nü eyslə, 2-ni isə hücumda qazanıb.

Qeyd edək ki, cütün cavab qarşılaşması dekabrın 10-da keçiriləcək.