Türkiyə çempionatında mübarizə aparan voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Olena Xarçenko növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Bolu" 11-ci tur çərçivəsində "Kuzeyboru" ilə üz-üzə gəlib. 

Rəqib meydanında baş tutmuş görüş Olena və rəfiqələri üçün yaxşı keçməyib. Matça yaxşı başlamayan "Bolu" ilk setiməğlub olub. Bundan sonra toparlana bilməyən voleybolçumuzun komandası növbəti hissələrdə də məğlub olub. 3 set davam etmiş görüşdə Xarçenkonun komandası 0:3 (17:25, 18:25, 20:25) hesabı ilə uduzub.

Komandasının xalsız qaldığı qarşılaşmda yığmamızın üzvü 7 dəfə fərqlənib. Olena xalların hamısını hücumda qazanıb.