Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Yenisey" 24-cü turda "Dinamo Krasnodar" klubu ilə qarşılaşıb.

Səfərdə baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. Kristina və rəfiqələri üç set davam edən matçda quru hesabla məğlub olublar - 0:3 (19:25, 12:25, 23:25).

Komandasının xalsız qaldığı bu oyunda millimizin toppaylayıcısı bir dəfə hücumda fərqlənib. 

Qeyd edək ki, hesabında 14 xal olan "Yenisey" turnir cədvəlində 13-cü yerdədir.