Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Kristina Besmanın formasını geyindiyi "Tulitsa" 18-ci turda "Lokomotiv"in qonağı olub. 

Rəqib meydanında baş tutan görüş oyunqurucumuzun komandası üçün pis başlayıb. İlk setdə məğlub olan Tula təmsilçisi növbəti hissələrdə də eyni aqibəti yaşayıb. 3 set davam etmiş qarşılaşmada Kristina və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (21:25, 22:25, 19:25).

Komandasının səfərdən xalsız qayıtdığı matçda toppaylayıcımız xal qazanmayıb. 

Qeyd edək ki, 31 xalı olan "Tulista" hazırda turnir cədvəlində 7-ci pillədədir.