Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Kristina Besman Rusiya birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tuliça" 21-ci turda "Dinaom-Metar" ilə qarşılaşıb. 

Doğma meydanda baş tutan görüş "Tuliça" üçün uğurlu alınmıb. Kristina və rəfiqələri 3 hissə davam edən matçda quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:17, 25:22, 25:17). 

Tula təmsilçisinin çətinlik çəkmədən qalib gəldiyi oyunda toppaylayıcımız 4 dəfə fərqlənib. Yığmamızın üzvü bu xallardan 2-ni hücumda, 1-ni blokda, 1-ni isə eyslə qazanıb.