Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Anastasiya Mertsalova-Ağazadənin növbəti mövsümdə çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir k, blokçumuz karyerasını Rusiyanın "Severyanka" (Çerepoveç) klubunda davam etdirəcək.

22 yaşlı voleybolçumuz ən azı bir il Rusiya klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, blokçumuz hazırda milli komandamızla Avropa çempinatına hazırlıqları davam etdirir. O, qitə birincilyindən sonra yeni komandasının düşərgəsinə yollanacaq.