Yığmamızın üzvü Rusiyada məyus oldu
- 08 Fev 2021 15:39
- 848
Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Kristina Yaqubovanın şərəfini qoruduğu "Lipeçk" 22-ci tur çərçivəsində "Yenisey" klubunu qəbul edib.
Gərginliyi ilə yadda qalan görüşə oyunqurucumuzun komandası pis başlayıb. Sonradan təşəbbüsü ələ alan "Lipeçk" ardıcıl iki seti qalib başa vurmaqla ümumi hesabda önə keçib. Lakin meydan sahibinin bundan artığına gücü çatmayıb. Növbəti iki hissədə qonaq komanda qələbə qazanıb. 5 set davam edən qarşılaşda "Lipeçk" 2:3 (21:25, 25:15, 25:17, 23:25, 12:15) hesablı məğlubiyyətlə barışmalı olub.
Komandasının qələbəni son anda əldən verdiyi görüşdə toppaylayıcımız xal qazanmayıb.