Voleybolçu qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli toppaylayıcımızın formasını geyindiyi "Tulitsa" 6-cı turda "Uraloçka"nın qonağı olub.

Görüş gərgin keçsə də nəticə oyunqurucumuzun komandası üçün uğurlu olub. 3 set davam edən matçda Kristina və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (24:26, 23:25, 23:25).

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada millimizin üzvü fərqlənməyib.

Qeyd edək ki, "Tulitsa" 6 turdan sonra 12 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.