Yığmamızın üzvü Rusiyada sevindi
- 01 Noy 2021 11:29
- 597
Rusiyada qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Kristina Besman da meydana çıxıb.
Təcrübəli oyunqurucumuzun formasını geyindiyi "Tuliça" 4-cü tur çərçivəsində "Dinamo Krasnodar"la üz-üzə gəlib. Doğma meydanda baş tutan və gərgin keçən oyun Tula təmsilçisi üçün uğurlu alınıb. 3 hissə davam etmiş matçda Kristina və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (27:25, 30:28, 25:19).
Komandasının meydandan qalib ayrıldığı oyunda millimizin üzvü 2 dəfə fərqlənib. Toppaylayıcımız bu xallardan 1-ni hücumda, digərini isə blokda qazanıb.