Yığmamızın üzvü Rusiyada xalsız məğlub oldu
- 11 Dek 2022 00:32
- 527
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Kristina Besman Rusiya çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Tulitsa" 11-ci turda "Leninqradka" klubu ilə üz-üzə gəlib.
Səfərdə baş tutan görüş voleybolçumuzun komandası üçün yaxşı keçməyib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən meydan sahibləri üstünlüklərini sonadək qoruyublar. 3 set davam edən matçda Kristina və rəfiqələri quru hesabla uduzublar - 0:3 (21:25, 25:15, 19:25).
Komandasının xalsız qaldığı oyunda toppaylayıcımız əvəzetmə ilə oynayıb. Besman meydanda olduğu müddətdə fərqlənməyib.
Qeyd edək ki, millimizin üzvünün şərəfini qoruduğu Tula təmsilçisi 17 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.