Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Olena Xarçenko Türkiyə çempionatında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Çukurova BLD. Adana Demirspor" Sultanlar Liqasının 1-ci turunda "PTT" ilə üz-üzə gəlib. 

Doğma meydanda baş tutan görüş Adana təmsilçisi üçün uğurlu alınıb. Voleybolçumuzun komandası 3 set davam etmiş matçda qonaqları quru hesabla üstələyib - 3:0 (25:15, 25:22, 25:17).

Komandasının liqaya qələbə ilə başladığı qarşılaşmada yığmamızın üzvü əvəzetmə ilə oynayıb. O, meydanda olduğu qısa müddətdə bir dəfə hücumda fərqlənib.