Yığmamızın üzvü Türkiyə çempionatında ilk oyununa çıxdı
- 23 Sen 2020 11:15
- 800
Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirlib. "Rekord.az" xəbər verir ki, qonşu ölkənin çempionatında çıxış edən Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova bu mövsüm Sultanlar Liqasında ilk oyununa çıxıb.
Voleybolçumuzun formasını geyindiyi "Sarıyer Bld." mübarizəyə 4-cü turdan başlayıb. Bir neçə üzvündə COVID-19 aşkarlandığından komanda çempionatdakı əvvəlki oyunları buraxmalı olub. Bütün oyunçular sağalandan və karantin müddəti başa çatdıqdan sonra "Sarıyer Bld." birinclikdə mübarizəyə start verib. Komanda ilk qarşılaşmasını "Əczaçıbaşı" klubuna qarşı keçirib.
Doğma meydanda baş tutan oyun Ayşən və rəfiqələri üçüb uğursuz alınıb. 3 hissə davam edən matçda meydan sahibləri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (15:25, 17:25, 13:25).
Komandasının xalsız qaldığı görüşdə təcrübəli blokçumuz 6 dəfə fərqlənib. Abduləzimova bu xallardan 3-nü hücumda, 3-nü isə blokda qazanıb.